“Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda konfransda qarşılıqlı müzakirələr aparılır, digər dövlətlərin təcrübəsi öyrənilir

Posted by

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Bu sədrlik dövründə bir çox mühüm beynəlxalq tədbirlər həyata keçiriləcəkdir. Belə tədbirlərdən biri də “Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq konfransdır.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov iyunun 30-da jurnalistlərə müsahibəsində demişdir.

Konfransın çox böyük əhəmiyyətə malik olduğunu bildirən baş prokuror demişdir ki, 35 ölkədən 130-a yaxın nümayəndənin, o cümlədən baş prokurorların, ədliyyə nazirlərinin, ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərlərinin qatıldığı tədbirdə faydalı müzakirələr aparılır, digər dövlətlərin bu sahədə təcrübəsi öyrənilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının iclasındakı çıxışında korrupsiyaya qarşı mübarizənin prioritet istiqamətlərdən olduğunu bir daha vurğuladığını qeyd edən Zakir Qaralov dövlətimizin başçısının bu sahədə ciddi siyasi iradə ortaya qoyduğunu diqqətə çatdırmışdır. Z.Qaralov demişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu da işini bu siyasi iradəyə uyğun təşkil edir.

AzərTac.az