Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcək

Posted by

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcəkFövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcək

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 may 2015-ci il tarixində Siyəzən şəhərində, Siyəzən Rayon Mədəniyyət Sarayında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, qəbulda Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Siyəzən Rayon Mədəniyyət Sarayında (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 92) 27 may 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 

Apa.az