Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edəcək

Posted by

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edəcəkFövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edəcək

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən dekabrın 26-da Şamaxı şəhərində Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Bakı-Şamaxı yolunun 119-cu kilometri) 25 dekabr 2014-cü il tarixində saat 09:00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 

Apa.az