Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar Səyyar ASAN xidmətə 5500-dən çox müraciət olunub

Posted by

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar Səyyar ASAN xidmətə 5500-dən çox müraciət olunubCənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar Səyyar ASAN xidmətə 5500-dən çox müraciət olunub

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar Səyyar ASAN xidmətə 5500-dən çox müraciət olunub

Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2014-cü il tarixli Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında Fərmanından irəli gələn məsələlərin icrası davam edir.

 

“ASAN Xidmət” Mərkəzindən APA-ya verilən məlumata görə, cari ilin 20 sentyabr tarixindən Səyyar ASAN xidmət çərçivəsində 7 rayonda (Hacıqabul, Kürdəmir, Yevlax, Ağdaş, Ucar, Goranboy, Samux) ümumilikdə 5500 dən çox müraciət qəbul edilib. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçirilir.

 

Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədi ilə artıq zəruri addımlar atılır.

 

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

 

Apa.az