Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib

Posted by

Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilibFransanın Bakıdakı səfirliyində bayraqlar endirilib

Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib

Parisdə baş vermiş terror aktı ilə əlaqədar Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib.

 

APA-ya səfirlikdən verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 15.00-da səfirlik əməkdaşları hadisə nəticəsində həlak olanların xatirəsini sükütlə yad edəcəklər.

 

Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

 

Fransa prezidenti Fransua Olland ölkədə üçgünlük matəm elan edilib.

 

Apa/az