Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı bu il görüləcək işlər açıqlanıb

Posted by

Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı bu il görüləcək işlər açıqlanıbAzərbaycanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı bu il görüləcək işlər açıqlanıb

Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı bu il görüləcək işlər açıqlanıb

Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı 2015-ci ildə görüləcək işlər açıqlanıb.

 

APA-nln Maliyyə Nazirliyinin təqdim etdiyi “Vətəndaşın büdcə bələdçisi” kitabına istinadən verdiyi məlumata görə, hazırda 1 milyondan çox qaçqın və məcburi köçkün respublikanın 68 şəhər və rayonunda 1600-dən çox yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb.

 

Dövlət tərəfindən məcburi köçkünlərin dövlət tibb müəssisələri tərəfindən göstərilən bütün xidmətlərə görə ödənişlərdən azad edilməsi, məcburi köçkünlərin dövlət tibb müəssisələri tərəfindən müəyyən edilmiş bütün tibbi məhsullara (məsələn, pulsuz dərmanlar və s.) görə ödənişlərdən azad edilməsi, məcburi köçkün uşaqların tam peyvəndlənməsi, qaçqın və məcburi köçkün gənclərin ali təhsilə həvəsləndirilməsi və onların dəstəklənməsi (dövlət ali təhsil müəssisələrinin ödənişli fakültələrində ödənişdən azad olunma, təhsil müəssisələrinin yataqxanalarından pulsuz istifadə) istiqamətində tədbirlər bu il də davam etdiriləcək.

 

Eyni zamanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, habelə onların istifadə etdikləri kommunal xidmət haqlarının dövlət büdcəsi hesabına ödənilməsi məqsədli ilə 2015-ci ilin dövlət büdcəsində 224,5 milyon manat vəsait nəzərdə tutulub.

 

Apa.az