“Elektron hökumət” portalındakı “Şəxsi kabinet”in yeni funksiyaları istifadəyə veriləcək

Posted by

“Elektron hökumət” portalındakı “Şəxsi kabinet”in yeni funksiyaları istifadəyə veriləcək “Elektron hökumət” portalındakı “Şəxsi kabinet”in yeni funksiyaları istifadəyə veriləcək

“Elektron hökumət” portalındakı “Şəxsi kabinet”in yeni funksiyaları istifadəyə veriləcək

Tezliklə “Elektron hökumət” portalındakı “Şəxsi kabinet” vasitəsilə istifadəçilər kommunal borcları, ödəməli olduqları cərimə və rüsumlar, öz adlarına olan daşınmaz əmlak, ev telefonları və mobil telefonlar barədə bildiriş əldə edə biləcəklər.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bundan başqa, istifadəçinin sənədlərinin etibarlılıq müddətinin bitməsi barədə bildiriş almaq olacaq.

 

Qeyd edək ki, “Elektron hökumət” portalında qeydiyyatdan keçdikdən sonra sistem avtomatik olaraq istifadəçinin “Şəxsi kabineti”ni formalaşdırır.

 

Apa.az