Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milliyyəti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirilib

Posted by

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milliyyəti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirilibMoskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milliyyəti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirilib

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milliyyəti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirilib

Rusiya Azərbaycanlı Gənclər Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə “Qanın milliyyəti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, beynəlxalq qan donorları gününə həsr olunan aksiya Rusiya Federasiyasının ən böyük qanköçürmə mərkəzi olan Seçenov adına Moskva Tibb Akademiyasının kilinik transfuziologiya və hematologiya kafedrasında baş tutub.

 

Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən həyata keçirilən builki aksiyada azərbaycanlı tələbələrlə yanaşı, ümumilikdə Moskvanın ali məktəblərinin Azərbaycan, Çin, Malayziya, Özbəkistan, Gürcüstan və Yunanıstandan olan 100-ə yaxın nümayəndəsi iştirak edib.

 

RAGB nəzarət-təftiş komissiyasının üzvü, aksiyanın əsas təşkilatçılarından biri, tibb elmləri doktoru Samir Əliyev APA-ya açıqlamasında bildirib ki, aksiyada iştirak edənlər qan verərək xəstələrə kömək etməklə yanaşı, öz sağlamlıqları barədə də məlumat əldə edirlər.

 

Qeyd edək ki, son 7 ildə RAGB əcnəbi tələbələrlə iş dekanlığının əməkdaşları və tələbələrlə birlikdə bu cür aksiyaları mütəmadi olaraq keçirir. Hər il pulsuz donor aksiyalarında yüzlərlə gənc iştirak edir, toplanan vəsait isə onkoloji və digər xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir.

 

“Qanın milliyəti yoxdur” humanitar aksiyası Moskva ilə yanaşı, Rusiyanın regionlarında da keçirilir.

 

Apa.az