18 iyun “İnsan Hüquqları Günü” münasibətilə Dövlət Miqrasiya Xidməti paytaxt və bölgələrdə tədbirlər keçirib

Posted by

18 iyun “İnsan Hüquqları Günü” münasibətilə Dövlət Miqrasiya Xidməti paytaxt və bölgələrdə tədbirlər keçirib18 iyun “İnsan Hüquqları Günü” münasibətilə Dövlət Miqrasiya Xidməti paytaxt və bölgələrdə tədbirlər keçirib

18 iyun “İnsan Hüquqları Günü” münasibətilə Dövlət Miqrasiya Xidməti paytaxt və bölgələrdə tədbirlər keçirib

18 iyun “İnsan Hüquqları Günü” münasibəti ilə mayın 18-dən iyunun 18-dək davam edən insan hüquqları aylığı çərçivəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) aparatında və regional miqrasiya idarələrində insan hüquq və azadlıqlarından bəhs edən mövzularda tədbirlər keçirilib.

 

Xidmətin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, DMX aparatında Xidmətin struktur bölmə və sisteminə daxil olan qurum rəhbərlərinin iştirakı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması istiqamətində DMX tərəfindən aparılan işlərin vəziyyəti”nə həsr olunmuş müşavirədə görülmüş işlər və qarşıda duran vəzifələr təhlil olunub.

 

DMX-nın Şirvan regional miqrasiya idarəsinin əhatə etdiyi Şirvan və Şəki regional miqrasiya idarəsinin əhatə etdiyi Şəki şəhərlərində “Vətəndaşsızlığın aradan qaldırılması istiqamətində görülmüş tədbirlər”lə bağlı müzakirələrin aparıldığı görüşlərdə isə son illər ölkəmizdə bu istiqamətdə atılmış əsaslı addımlardan söhbət açılıb. Xaçmaz regional miqrasiya idarəsinin əhatə etdiyi Quba şəhərində “İnsan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri DMX-nin əsas fəaliyyət istiqaməti kimi” mövzusunda tədbir də iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda keçirilmiş tədbirlərdə iştirak edən ictimaiyyət nümayəndələrini maraqlandıran suallar DMX-nin səlahiyyətli əməkdaşları tərəfindən cavablandırılıb.

 

Apa.az