Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə Haaqada ucaldılmış abidəni ziyarət etmişdir

Posted by

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyevin Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktorunun dəvəti ilə bu ölkəyə səfəri davam edir.

DMX-dən AzərTAc-a bildirmişlər ki, aprelin 24-də Xidmət rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti ermənilər tərəfindən törədilmiş əsrin faciəsi – Xocalı soyqırımı qurbanlarının xatirəsinə Haaqa şəhərində ucaldılmış abidəni ziyarət etmişdir. Nümayəndə heyətinin üzvləri “Kamperfoeliestraat” parkındakı abidənin önünə gül dəstələri qoymuş, erməni vandalizminin qurbanı olmuş azərbaycanlıların xatirəsini dərin ehtiramla yad etmişlər.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, qondarma “erməni soyqırımı” iddiaları ilə dünyanı aldatmağa çalışan ermənilərin özlərini məzlum kimi göstərməyə çalışdıqları halda, XX əsrin sonunda bəşəriyyətin gözü qarşısında Xocalıda törətdikləri vəhşiliklər təkcə Azərbaycan xalqına qarşı deyil, ümumiyyətlə insanlıq əleyhinə yönəlmiş cinayətdir. Son illər “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində erməni vandalizmi barədə əsl həqiqətin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülmüş işlər xatırladılmışdır.

Abidədə körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ana təsvir olunmuşdur.

Mərasimdə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Mirhəmzə Əfəndiyev, eləcə də diplomatik nümayəndəliyimizin əməkdaşları iştirak etmişlər.

AzərTac.az