Azərbaycanda ilk hərbi gəminin tikintisinə gələn il başlanacaq

Posted by

Azərbaycanda ilk hərbi gəminin tikintisinə gələn il başlanacaq

Azərbaycanda ilk hərbi gəminin tikintisinə gələn il başlanacaq

Azərbaycanda ilk hərbi gəminin tikintisinə gələn il başlanacaq

Azərbaycanda yerli müəssisədə ilk hərbi gəminin tikintisinə gələn il başlanması nəzərdə tutulur.

 

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Bakı Gəmiqayırma Zavodunda ilk yerli hərbi gəminin tikintisinə 2015-ci ilin yanvar ayında start verilməsi planlaşdırılır.

 

İlk yerli hərbi gəmi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün inşa olunacaq. Artıq bununla bağlı müvafiq təklif verilib.

 

Azərbaycan müstəqilliyin elan etdikdən sonra Bakıdakı gəmiqayırma müəssisələrindən birində Hərbi Dəniz Qüvvələri üçün yalnız bir ədəd patrul gəmisi inşa olunub.

 

Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodu 2013-cü ilin ortalarında istifadəyə verilib.

 

Apa.az