DSX-da akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib

Posted by

Dövlət Sərhəd Xidmətində (DSX) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib.

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, öncə xidmətin qadın hərbi qulluqçuları Fəxri xiyabanda Zərifə Əliyevanın məzarını ziyarət edib, daha sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində fəaliyyət göstərən muzeyə baxış keçir­ib­lər. Ziyarətçilər muzeydə akademik Z. Əliyevanın həyatını, elmi və yaradıcılıq fəaliyyətini əks etdirən zəngin eksponatlara tamaşa ediblər. Bura­da ziyarətçilərə istedadlı alim, bacarıqlı pedaqoq, xeyirxah və qayğıkeş qadın Z. Əliyevanın həyat və fəaliyyəti haqqında məlumat verilib.

Anım tədbirləri DSX-in Aparatında Vaqif Musta­fa­­yevin Heydər Əliyev haqqında filmlər silsiləsindən “Əsl məhəb­bət­ haqqında” sənədli filminin nümayişi ilə başa çatıb.

Apa.az