Azərbaycan və Yaponiya arasında bir sıra sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub

Posted by

Azərbaycan və Yaponiya arasında bir sıra sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan və Yaponiya arasında bir sıra sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan və Yaponiya arasında bir sıra sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Yaponiya xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Takao Makinonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında siyasi, iqtisadi və enerji sahəsindəki mövcud əməkdaşlığın səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir münaqişə ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə əsaslanan prinsipial mövqe nümayiş etdirdiyinə görə Yaponiya tərəfinə təşəkkürünü ifadə edib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılmasının tələb olunmasına baxmayaraq, Ermənistanın buna əməl etmədiyini diqqətə çatdırıb.

T.Makinon dövlətlərin ərazi bütövlüyünə hörmətin Yaponiyanın prinsipial mövqeyi olduğunu qeyd edərək, bu yaxınlarda keçirilmiş Azərbaycan-Yaponiya hökumətlərarası birgə komissiyasının iclasının və XİN-lər səviyyəsində siyasi məsləhətləşmənin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Görüş əsnasında ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, sərmayələrin və turizmin təşviq edilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi və qeyri-enerji sektoru üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

 

Trend.az