DİN-lə Silahlı Qüvvələrin ərzaq normaları eyniləşdirildi

Posted by

DİN-lə Silahlı Qüvvələrin ərzaq normaları eyniləşdirildi

DİN-lə Silahlı Qüvvələrin ərzaq normaları eyniləşdirildi

DİN-lə Silahlı Qüvvələrin ərzaq normaları eyniləşdirildi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılan başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, dəyişikliyə əsasən, bu qərar Daxili İşlər Nazirliyinin birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarını da özündə ehtiva edəcək.

 

Bununla bağlı qərarın da adı dəyişdirilib və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” qərar adlandırılıb.

 

Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Sia.az