TQDK-da magistraturaya qəbul imtahanının nəticələri ilə əlaqədar apellyasiya komissiyası yaradılıb

Posted by

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bakalavrlara müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, komissiyada ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2 mart tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün apellyasiya komissiyası yaradılıb.

Bakalavrlar apellyasiya komissiyasına 5-6-7 mart tarixlərində saat 10:00 – dan 17:00 dək (saat 13:00-dan 14:00-dək nahar fasiləsi istisna olmaqla) şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün 24560 bakalavr qeydiyyatdan keçib. Onlardan 1505 nəfər imtahana gəlməyib, 8 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 23047 nəfər iştirak edib. İmtahanda ən yüksək nəticə isə 97 bal olub.

Apa.az