Bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınanların sayı 3324 nəfərə çatıb

Posted by

Bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınanların sayı 3324 nəfərə çatıbBələdiyyə üzvlüyünə namizədliyi qeydə alınanların sayı 3324 nəfərə çatıb

Bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınanların sayı 3324 nəfərə çatıb

İndiyə qədər Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyədən 1578-nə 22 821 nəfər öz namizədliyini irəli sürüb. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

 

Namizədliyini verənlərin 16 205 nəfəri kişi, 6 616 nəfəri qadındır. İndiyədək 18 453 imza vərəqəsi götürülüb, artıq doldurulmuş 8 283 imza vərəqi namizədlər tərəfindən seçki komissiyalarına təqdim edilib. Ümumilikdə 8 781 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb, 406 nəfərin namizədliyini təşəbbüs qrupları verib, 13 624 nəfərin namizədliyi isə partiyalar tərəfindən irəli sürülüb. Bu günə qədər 3 324 nəfərin namizədliyi qeydə alınıb.

 

Apa.az