ABŞ səfiri: “Həmsədr ölkələrin ATƏT-in Minsk qrupu formatını dəyişmək niyyəti yoxdur”

Posted by

ABŞ səfiri: “Həmsədr ölkələrin ATƏT-in Minsk qrupu formatını dəyişmək niyyəti yoxdur”ABŞ səfiri: “Həmsədr ölkələrin ATƏT-in Minsk qrupu formatını dəyişmək niyyəti yoxdur”

ABŞ səfiri: “Həmsədr ölkələrin ATƏT-in Minsk qrupu formatını dəyişmək niyyəti yoxdur”

ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ məsələsində fikir ayrılıqları yoxdur.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu İrəvan Dövlət Universitetinin müəllim və tələbələri görüş zamanı ABŞ-ın Ermənistandakı səfiri Con Heffern deyib.

 

Diplomat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanma nöqteyi-nəzərdən çox mürəkkəb münaqişədir.

 

“Həmsədr ölkələr – ABŞ, Fransa və Rusiya Ukrayna və digər məsələlərdəki müəyyən fikir ayrılıqlarına baxmayaraq, Qarabağ probleminin həlli istiqamətində birgə fəaliyyət göstərirlər. Həmsədr ölkələrin ATƏT-in Minsk qrupu formatını dəyişmək niyyəti yoxdur. Biz mövcud formatı qorumaq istəyirik”, – deyə o vurğulayıb.

 

Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi perspektivlərinə gəldikdə isə C. Heffern NATO qüvvələrin bu prosesində iştirak ehtimalının mümkün olmadığını vurğulayıb.

 

“Əgər münaqişə zonasında sülhməramlı qüvvələr yerləşdirilsə, bu sülhməramlı missiyaya hansı qüvvələrin cəlb ediləcəyi ilə bağlı sual yaranacaq. Çətin ki, bu, NATO qüvvələri olsun. İstənilən halda münaqişənin nizamlanması prosesinə paralel olaraq sülhməramlı qüvvələrə ehtiyac var”, – deyə o qeyd edib.

 

Bununla belə diplomat qeyd edib ki, NATO Qarabağ probleminin həlli istiqamətində tərəflərin səylərini dəstəkləyir və ATƏT-in Minsk qrupu tərəfindən həyata keçirilən bütün prosesləri müdafiə edir.

 

Apa.az