Bişkekdə TürkPA-nın sosial, mədəni və humanitar məsələlər üzrə komissiyasının üçüncü iclası keçirilmişdir

Posted by

Aprelin 15-də Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sosial, mədəni və humanitar məsələlər üzrə komissiyasının üçüncü iclası keçirilmişdir.

Tədbirdə TürkPA-nın baş katibi Jandos Asanov, üzv ölkələrin nümayəndə heyətləri, Qırğızıstan parlamentinin üzvləri-komissiyanın sədr müavinləri Urmat Amanbaeva, Tursunbay Bakir uulu, TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, Türk Dünyası Bələdiyyələr İttifaqının prezidenti Mustafa Başkurt, Qazaxıstandakı Türk Akademiyasının nümayəndəsi Şakir İbraev iştirak etmişlər.

Azərbaycanı iclasda ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov, Milli Məclisin mədəniyyət komitəsinin sədri, TürkPA-nın sosial, mədəni və humanitar məsələlər üzrə komissiyasının üzvü Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva təmsil etmişlər.

İclasda çıxış edən Urmat Amanbaeva türk dillərinin inkişafına dəstək verməyə və bu istiqamətdə fəallığı artırmağa çağırış səsləndirmişdir.

Nizami Cəfərov türk dillərinin formalaşması tarixi haqqında ətraflı məlumat vermiş, türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi üçün türk dilləri və yazısı gününün keçirilməsi ilə bağlı fikirlərini bildirmişdir.

Yığıncaqda tərcüməçilik fəaliyyətinin qaydaya salınması, xüsusi lüğətin nəşr olunması, həmçinin türk dilləri və yazısı gününün keçiriləsi ilə bağlı müzakirələr aparılmışdır.

Türk dilləri və yazısı gününün keçirilməsi ilə bağlı təklifin araşdırılması üçün TürkPA-nın Katibliyinə göndərilməsi qərara alınmışdır.

Komissiyanın dördüncü iclasının bu ilin ikinci yarısında Bakıda keçirilməsi qərara alınmışdır.

AzərTac.az