Azərbaycan Polad İstehsalı Kompleksi İqtisadiyyat və Sənaye Nazirliyinə hesabat verməli olacaq

Posted by

Azərbaycan Polad İstehsalı Kompleksi İqtisadiyyat və Sənaye Nazirliyinə hesabat verməli olacaq

Azərbaycan Polad İstehsalı Kompleksi İqtisadiyyat və Sənaye Nazirliyinə hesabat verməli olacaq

Azərbaycan Polad İstehsalı Kompleksi İqtisadiyyat və Sənaye Nazirliyinə hesabat verməli olacaq

Prezident İlham Əliyev “Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, “Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli sərəncamında aşağıdakı dəyişikliklər edilib.

Sərəncamın 4.1-ci və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilir:

4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.1.1. Cəmiyyətin nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi;

4.1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

4.2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə:

4.2.1. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;

4.2.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

4.2.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

4.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi.

Sərəncamın 4.3.2-ci yarımbənd ləğv edilir.

Nazirlər Kabineti və İqtisadiyyat və Sənaye Nazirliyinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

 

Trend.az