Bakıda “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə – 65 il” mövzusunda konfrans keçirilmişdir

Posted by

Bakıda “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə – 65 il” mövzusunda konfrans keçirilmişdir

Dekabrın 18-də “Kempinski Hotel Badamdar” mehmanxanasında “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə – 65 il” mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransın məqsədi BMT tərəfindən 1948-ci ilin dekabrın 10-da qəbul olunmuş Bəyannamənin bu müddətdə dünyada və Azərbaycanda insan hüquqlarının qorunmasında rolunu qeyd etmək, bu sahədə olan hazırkı vəziyyəti, problemləri, perspektivləri müəyyənləşdirməkdən ibarətdir.

Konfransda Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində keçirilmiş islahatlar və onların nəticələri müzakirə olunmuşdur.