DGK azərbaycanlı məmurun Türkiyədə saxlanılması məsələsini araşdırır, Baş Konsulluq isə onun ifadə verməsi prosesində iştirak edir

Posted by

DGK azərbaycanlı məmurun Türkiyədə saxlanılması məsələsini araşdırır, Baş Konsulluq isə onun ifadə verməsi prosesində iştirak edir

Dövlət Gömrük Komitəsi (DGK) Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılmasına münasibət bildirib.

 

DGK-dan Trend deyilib ki, komitə hazırda M.Seyidovun saxlanmasının səbəbləri ilə bağlı araşdırma aparır.

 

Komitədən bildirilib ki, Türkiyə KİV-inin Azərbaycan tərəfindən 2 nəfərin saxlanılması barədə yaydığı məlumat düzgün deyil: “Hazırda Azərbaycan tərəfindən Mirməhəmməd Seyidovun saxlanılması məsələsi araşdırılır”.

Diplomatik mənbədən isə Trend-ə bildirilib ki, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun əməkdaşları azərbaycanlı məmurun saxlanması məsələsini yaxından araşdırırlar. Baş Konsulluğun əməkdaşları Mirməhəmməd Seyidovun ifadə verməsi prosesində iştirak edirlər. Baş Konsulluq bu məsələni diqqətdə saxlayır.

Qeyd edək ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, M.Seyidov dekabrın 17-də Qars Hava Limanında təyyarədən endikdən sonra Türkiyə Daxili İşlər Nazirliyi Əmniyyət Müdirliyinin Qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.