Bakıda FHN əməkdaşlarının iştirakı ilə “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı maarifləndirmə tədbiri keçirilib

Posted by

Azərbaycan Turizm İnstitutunun (ATİ) nəzdindəki Bakı Turizm Peşə məktəbində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Turizm İnstitutunun birgə layihəsi çərçivəsində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Xüsusi Riskli Xilasetmə, Dövlət yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Dövlət Sularında Xilasetmə, FHN-nin tibb xidmətlərinin əməkdaşları iştirak ediblər.

Azərbaycan Turizm İnstitutunun tədris işləri üzrə prorektoru Eldar Aslanov, ATGTİ-nin sədr müavini Toğrul Niyazlı və başqaları “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?” və s. mövzularda tələbələrin qarşısında çıxış ediblər.

Nəzəri və praktik olmaqla, iki hissədən ibarət olan tədbir Fövqəladə Hallar Nazirliyinin 7 qurumunun və Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarının və müxtəlif növ xilasetmə texnikasının iştirakı ilə keçirilib.

Praktiki hissə zamanı əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə FHN qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, şərti yanğının söndürülməsi və stimulyasiya edilmiş partlayıcı qurğunun aşkar edilməsi əməliyyatları nümayiş olunub.

Apa.az