İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyada monitorinq keçirib

Posted by

İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 1-dən 10-dək Çexiya Respublikasında səfərdə olub.

L. Hüseynovun APA-ya verdiyi məlumata görə, səfər zamanı nümayəndə heyəti ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra polis məntəqələrinə, həbsxanalara, qanunsuz mühacirlər üçün saxlanma mərkəzinə, eləcə də psixiatriya müəssisələrinə baş çəkib, həmin yerlərdə saxlanılan şəxslərlə necə rəftar olunduğunu və onların saxlanma şəraitini qiymətləndirmək məqsədilə monitorinq həyata keçirib. Səfər zamanı azadlıqdan məhrum olunmuş yeniyetmələrlə rəftar məsələsinə xüsusi diqqət yetirilib.

Səfərin yekunları Çexiya Respublikasının ədliyyə naziri Helena Valkova ilə keçirilən görüşdə geniş şəkildə müzakirə olunub.

Lətif Hüseynov qeyd edib ki, monitorinqin nəticələri barədə məruzə hazırlanacaq və Çexiya Respublikası hökumətinə təqdim olunacaq.

Apa.az