Bakıda Azərbaycan və Əfqanıstan arasında İKT sahəsində əməkdaşlığa dair İşçi Qrupun görüşü keçirilir

Posted by

Bakıda Azərbaycan və Əfqanıstan arasında İKT sahəsində əməkdaşlığa dair İşçi Qrupun görüşü keçirilir

Bakıda Azərbaycan və Əfqanıstan arasında İKT sahəsində əməkdaşlığa dair İşçi Qrupun görüşü keçirilirBakıda Azərbaycan və Əfqanıstan arasında İKT sahəsində əməkdaşlığa dair İşçi Qrupun görüşü keçirilir

Əfqanıstan rabitə və informasiya texnologiyaları nazirinin müavini Barialay Hassamın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Əfqanıstan arasında İKT sahəsində əməkdaşlığa dair İşçi Qrupun birinci görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 29 avqust – 2 sentyabr tarixində keçiriləcək İşçi Qrupun görüşünün məqsədi Əfqanıstanın İKT sahəsindəki inkişafında Azərbaycanın iştirak imkanlarını, Əfqanıstanın İKT sahəsində mövcud təlabatlarını, bu sahədə əsas istiqamətlərin müəyyən edilməsini və Əfqanıstanda həyata keçirilə biləcək layihələri müzakirə etməkdir.

Avqustun 30-da “Əfqanıstanda elektron hökumətin qurulması” layihəsi çərçivəsində RİTN-də Azərbaycan-Əfqanıstan İşçi Qrupunun ilk görüşü keçirilib. Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılıb, Əfqanıstanın İKT sahəsində mövcud ehtiyacları araşdırılıb, gələcəkdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib və birgə protokol imzalanıb.

Səfər çərçivəsində Əfqanıstan nümayəndə heyəti Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, AİDA Agentliyinin direktoru Əşrəf Şıxəliyev və BMT İP-nin Azərbaycan nümayəndəliyinin rezident nümayəndəsinin müavini Nato Alhazişvili ilə görüşlər keçirəcək.