Bakıda aptekdən psixotrop maddələr qrupuna aid olan dərmanlar götürülüb

Posted by

Bakıda aptekdən psixotrop maddələr qrupuna aid olan dərmanlar götürülüb

Bakı şəhər sakininə məxsus aptekdən psixotrop maddələr qrupuna aid olan dərmanlar götürülüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Xuraman Mustafayeva özünə məxsus “Vidal” aptekində psixotrop maddələr qrupuna aid olan “Rivatril” dərman preparatını satarkət tutulub.

Aptekə baxış zamanı 270 həb “Rivotril və 60 ədəd “Fenibut” dərman preparatları aşkar edilərək götürülüb.

 

Trend.az