Səfirlik Azərbaycan vətəndaşlarına Kiyevdə qarşıdurmaların baş verdiyi ərazilərə getməməyi məsləhət görür

Posted by

Səfirlik Azərbaycan vətəndaşlarına Kiyevdə qarşıdurmaların baş verdiyi ərazilərə getməməyi məsləhət görür

Kiyevdəki qarşıdurmalar zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

 

Azərbaycanın Ukraynadakı səfirliyinin konsul məsələləri üzrə I katibi Asim Osmanov APA – ya açıqlamasında bildirib ki, bu cür hallar aşkarlanmayıb: “İşdir, əgər Azərbaycan vətəndaşı yaralansa, ya da xəsarət alsaydı, Ukrayna tərəfi bu barədə səfirliyə məlumat verərdi. Bu vaxtadək bu cür məlumat və müraciətlər daxil olmayıb”.

 

Səfirliyin Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına təhlükəsizliklə bağlı tövsiyə verib-verməməsinə gəldikdə isə A. Osmanov qeyd edib ki, Ukraynanın bölgələrindən Kiyevə gələn və konsul qeydiyyatına durmaq üçün müraciət edən bütün Azərbaycan vətəndaşlarına təhlükəsizlik məqsədilə toqquşmaların baş verdiyi yerlərə getməmək məsləhət görülür.

 

Qeyd edək ki, Kiyevdə qarşıdurmalar davam edir. Yanvarın 19-da Kiyevin mərkəzində müxalifətin növbəti ümumxalq toplantısı keçirilib. Sonradan bu toplantı radikal müxalifətçilərin polislə qarşıdurmaya səbəb olub. Etirazçılar xüsusi təyinatlılara tərəf “Molotov kokteyli” ilə dolu şüşə qabları atıblar. Ukrayna DİN-in məlumatına görə, yanvarın 22-də səhər “Berkut” xüsusi təyinatlıları etirazçılara qarşı əməliyyata başlayıb. Buna səbəb polis əməkdaşlarına kimyəvi maddələrdən istifadə edilməklə planlaşdırılan hücumlar haqqında yayılmış məlumatlar olub.

 

Apa.az