Bakı Dövlət Universitetinin 95 illik yubileyi təntənə ilə qeyd olunur

Posted by

Bakı Dövlət Universitetinin 95 illik yubileyi təntənə ilə qeyd olunur

Bakı Dövlət Universitetinin 95 illik yubileyi təntənə ilə qeyd olunur

 

Bakı Dövlət Universitetinin 95 illik yubileyi təntənə ilə qeyd olunur

Dekabrın 18-də Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının 95 illik yubileyinə həsr olunan təntənəli tədbir keçirilir.

 

AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, dünyanın müxtəlif ölkələrindən olan alimlər, mütəxəssislər iştirak edirlər.

 

Əvvəlcə tədbir iştirakçıları universitetin təsis olunmasını əks etdirən rəsm tablosu və BDU-nun 95 illiyi ilə bağlı sərgiyə baxıblar.

 

Daha sonra “Universitetin yaranması” adlı qısa qrafik film nümayiş etdirilib.

 

Təntənəli mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib.

 

Rektor dahi rəhbər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu və Fəxri doktoru olduğunu sonsuz qürur hissi ilə xatırladıb.

 

BDU-nun tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verən akademik A.Məhərrəmov təhsil müəssisəsində qazanılan nailiyyətləri diqqətə çatdırıb.

 

Vurğulanıb ki, Bakı Dövlət Universiteti elmin, təhsilin, milli şüurun inkişafında mühüm rol oynayıb.

 

A.Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən bəhs edib, ölkəmizin çox sürətlə inkişaf etdiyini bildirib.

 

AzərTac.az