Litvanın yeni viza mərkəzlərindən biri Azərbaycanda açılacaq

Posted by

Litvanın yeni viza mərkəzlərindən biri Azərbaycanda açılacaq

Litvanın yeni viza mərkəzlərindən biri Azərbaycanda açılacaq

 

 

Litvanın yeni viza mərkəzlərindən biri Azərbaycanda açılacaq

Litvaya viza almaq üçün yeni mərkəzlər daha bir neçə ölkədə, o cümlədən Azərbaycanda açılacaq.

 

Dekabrın 17-də Litva Xarici İşlər Nazirliyində beynəlxalq seçim müsabiqəsində qalib gələn “VSF Global” müəssisəsi ilə Türkiyə, Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan və Çində viza mərkəzlərinin təsis edilməsi haqqında sazişlər imzalanıb.

 

Bu mərkəzlərin əsas üstünlükləri əhatə dairəsinin xeyli genişlənməsi və əlyetərlik, mərkəzlərin strateji cəhətdən rahat yerlərdə uzunmüddətli fəaliyyət göstərməsi, yerli valyuta, kredit kartları ilə hesablaşma, bütün əlavə xidmətlərin bir yerdə göstərilməsi, ilkin qeydiyyatdır.

 

Litva XİN “VFS Global” ilə 2013-cü ildən Rusiya və Ukraynada əməkdaşlıq edir. Burada müvafiq olaraq 16 və 13 viza mərkəzi fəaliyyəti göstərir.

 

AzərTac.az