Azərbaycanın və Bolqarıstanın şəhərləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Posted by

Azərbaycanın və Bolqarıstanın şəhərləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın və Bolqarıstanın şəhərləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın və Bolqarıstanın şəhərləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov ölkənin dəniz paytaxtı sayılan Varna şəhəri icra hakimiyyətinin dəvəti ilə bu şəhərə işgüzar səfər etmişdir.

Varna vilayəti administrasiyasının başçısı İ.Velikov ilə görüşdə E. Kərimov iki ölkə arasında inkişaf edən münasibətlərdən və son zamanlar həyata keçirilmiş qarşılıqlı səfərlərdən danışmışdır. O, Azərbaycanın Bolqarıstan ilə bütün sahələrdə əməkdaşlığının, o cümlədən hər iki ölkənin yerli vilayətləri arasında əlaqələrin inkişafına xüsusi önəm verildiyini bildirmişdir.

İ.Velikov Varna vilayəti barədə ətraflı məlumat vermiş, Azərbaycan vilayətləri ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında, təcrübə mübadiləsinin aparılmasında, qarşılıqlı səfərlərin həyata keçirilməsində maraqlı olduğunu bildirmişdir.

E.Kərimov Varna icra hakimiyyətinin başçısı İ.Portnih ilə də görüşmüşdür. Görüşdə səfir son illərdə həyata keçirilmiş qarşılıqlı yüksək səviyyəli səfərlər, həmçinin Azərbaycan-Bolqarıstan münasibətlərinin müxtəlif aspektləri barədə məlumat vermişdir. Bolqarıstanın Varna şəhəri ilə Azərbaycanın müvafiq bir şəhəri arasında əlaqələrin qurulmasının vacibliyi vurğulanmışdır.

İ.Portnih rəhbərlik etdiyi Varna şəhəri ilə Azərbaycanın müvafiq şəhəri arasında ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd etmişdir. O, ikitərəfli əlaqələrin qurulmasına dair əməkdaşlıq haqqında müvafiq sənədin imzalanmasının, müxtəlif tədbirlərin və biznes forumların keçirilməsinin, habelə iqtisadiyyat, mədəniyyət və digər sahələrdə təcrübə mübadiləsinin aparılmasının önəmini bildirmişdir. N.Y.Vaptsarov adına Ali Hərbi Dəniz Akademiyasının rektoru Boyan Mednikarov ilə görüşdə səfir ölkələrimiz arasında siyasi münasibətlərlə yanaşı, iqtisadi, mədəni, humanitar, səhiyyə, elm, təhsil və digər sahələrdə də sıx əməkdaşlığın müşahidə olunduğunu söyləmiş, bu istiqamətdə görülən işlər, imzalanmış sazişlər barədə məlumat vermişdir. Diplomat qarşılıqlı maraq kəsb edən ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən gələcəkdə azərbaycanlı tələbələrin Akademiyada təhsil almaq imkanları ilə maraqlanmışdır. E.Kərimov Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi haqqında rektora ətraflı məlumat vermiş, N.Y.Vaptsarov adına Ali Hərbi Dəniz Akademiyası ilə mümkün əməkdaşlığın perspektivləri barədə maraqlanmışdır. Rektor Azərbaycanın müvafiq təhsil ocağı ilə əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirmişdir. Sonra diplomat Ali Hərbi Dəniz Akademiyasının fəaliyyəti ilə tanış olmuşdur.

Səfir, həmçinin Akademiyanın kursant-müəllim heyəti qarşısında çıxış etmişdir. O, ölkəmizin beynəlxalq nüfuzunun artdığını, iqtisadi qüdrəti ilə regionda lider dövlət olduğunu, dünyanı bürüyən iqtisadi böhranın Azərbaycana təsir etmədiyini, əksinə ötən illərdə iqtisadiyyatın yüksək templə inkişaf etdiyini bildirmişdir. O, Azərbaycanın enerji sektorundan gələn gəlirlərin düzgün qaydada istifadə olunduğunu və ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində son 10 ildə respublikamızda böyük nailiyyətlər əldə edildiyini söyləmişdir. Səfir, həmçinin Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının problemlə bağlı müvafiq qətnamələri barədə danışmış və indiyədək Ermənistanın bu qətnamələrə əməl etmədiyini bildirmişdir.

Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlərə toxunan diplomat bildirilmişdir ki, hazırda dövlətlərimiz arasında əlaqələr enerji sahəsi üzrə geniş şəkildə inkişaf edir. Həmçinin qeyri-enerji sektorunda, xüsusilə yüngül sənaye, kənd təsərrüfatı, turizm, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin genişlənməsinə böyük maraq vardır.

Varna şəhərinin ticarət və sənaye palatasının və bir sıra iri şirkətlərin rəhbərləri ilə görüşdə səfir ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafına böyük önəm verildiyini vurğulamışdır. O, ölkələrimizin ticarət dövriyyəsinin artması üçün özəl şirkətlərin cəlb edilməsinin, dövlət qurumları arasında müntəzəm görüşlərin keçirilməsinin, iş adamlarının əlaqələrinin inkişafının və bu məqsədlə biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyətindən danışmışdır.

Varna şəhərinin iş adamları ölkəmiz barədə ətraflı məlumata malik olduqlarını bildirmiş, Azərbaycanın regionda öz güclü iqtisadiyyatı və coğrafi mövqeyi ilə Bolqarıstan üçün strateji əhəmiyyət daşıdığını qeyd etmişlər. Onlar səsləndirilən təklifləri yüksək qiymətləndirmiş və Azərbaycan tərəfi ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırmışlar.

Səfir E.Kərimov Çernorizets Hrabar adına Varna Azad Universitetinin rektoru xanım A.Nedyalkova ilə də görüşdür. Diplomat ölkəmizin təhsil sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat vermiş, Varna Azad Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əlaqələrin qurulmasının vacibliyini bildirmişdir.

A.Nedyalkova rəhbərlik etdiyi təhsil ocağı barədə məlumat vermiş, Azərbaycan universitetləri ilə əlaqələrin qurulmasında maraqlı olduğunu bildirmişdir.

 

AzərTac.az