Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə minik avtomobilləri verilib

Posted by

Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə minik avtomobilləri verilib

Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə minik avtomobilləri verilib

Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə minik avtomobilləri verilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 100 nəfər müharibə əlilinə “Naz – Lifan” markalı minik avtomobillərinin açar və sənədləri təqdim olunub. Onlardan 95 nəfəri Qarabağ müharibəsi, 5 nəfəri isə 20 Yanvar əlilidir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin əlillərə, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanlara göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qarabağ müharibəsi və 20 Yanvar əlilləri ürək sözlərini bildirərək, əlilliyi olan insanlara göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, hazırda təqdim olunan avtomobillər də daxil olmaqla indiyədək müharibə əlillərinə 3 906 ədəd minik avtomobili verilib. Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, ayrılmış vəsait hesabına növbədə dayanan daha 700 nəfərdən artıq Qarabağ əlili cari ildə avtomobillə tam təmin olunacaq.

Əlil və şəhid ailələrinə mənzillərin, həmçinin əlillərə avtomobillərin verilməsində şəffaflığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə mənzil və avtomobil alanların, eyni zamanda, mənzil və avtomobillə təmin edilmək üçün növbədə dayananların siyahıları nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində ictimaiyyətə təqdim edilir.

 

Trend.az