Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri BMT-nin müzakirələrində iştirak edəcək

Posted by

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri BMT-nin müzakirələrində iştirak edəcək

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri BMT-nin müzakirələrində iştirak edəcəkAzərbaycanın rabitə və informasiya texnologiyaları naziri BMT-nin müzakirələrində iştirak edəcək

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sentyabrın 4-5-də BMT-nin 67-ci Baş Assambleyası çərçivəsində rabitə və informasiya texnologiyaları mövzusunda keçiriləcək müzakirələrdə iştirak etmək üçün Nyu-Yorkda səfərdə olacaq.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, sessiyada nazir Ə.Abbasov, BMT Baş Assambleyasının prezidenti Vuk Jeremich, BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş katibinin müavini Vu Honqbo əsas məruzəçi qismində çıxış edəcəklər.

Sessiyada müzakirələr BMT Baş Assambleyasının Azərbaycan hökumətinin təşəbbüsü ilə «Avrasiya Rabitə Alyansı» («Eurasian Connectivity Alliance» – EuraCA) yaradılması haqqında qəbul olunmuş qətnaməsi çərçivəsində keçirilir.

Səfər çərçivəsində Ə.Abbasovun BMT rəsmiləri, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.