“Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində beynəlxalq fotomüsabiqəsinə start verilib

Posted by

“Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində beynəlxalq fotomüsabiqəsinə start verilib

“Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində beynəlxalq fotomüsabiqəsinə start verilib“Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində beynəlxalq fotomüsabiqəsinə start verilib

“Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində “Mənim Xocalım” adlı fotomüsabiqəyə start verilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin Layihələr Departamentinin rəhbəri və “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyasının koordinatoru Sevinc İsgəndərovanın APA-ya verdiyi məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər bu ilin 5 oktyabr tarixinə qədər özlərinin müəllifi olduğu foto-xəbəri və ya Xocalı faciəsi ilə bağlı öz humanist hisslərini əks etdirən kiçik həcmli mesajını müsabiqənin [email protected] еlektron ünvanına yollaya bilərlər. Bir müddət sonra kampaniyanın saytında 10 ən yaxşı şəkil göstərilməklə jürinin açıq səsvermə qaydası ilə 3 qalib müəyyənləşdiriləcək. 1-ci yer tutan iştirakçı bu ilin oktyabr ayında Avropanın aparıcı paytaxtlarından birində keçirilən beynəlxalq fotomüsabiqədə iştirak etmək hüququ əldə edəcəkdir. Qalan qaliblər isə xüsusi mükafatlarla təltif olunacaqlar. Əlavə məlumat əldə etmək üçün kampaniyanın saytına www.justiceforkhojaly.org daxil olmaq olar. Əlavə suallar yaranacağı təqdirdə kampaniyanın Facebook və ya [email protected] elektron ünvanına yazmaq olar.

“Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası 2008-ci il, 8 may tarixində, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.