Azərbaycanın Meksikadaki səfiri Azərbaycana dair inşa müsabiqəsinin qalibləri olan tələbələrlə görüşüb

Posted by

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri İlqar Muxtarov Meksikanın 5 şəhəri üzrə 7 universitetinin tələbələri arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri ilə səfirlikdə görüş keçirib.

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyindən Trend-ə verilən məlumata görə, qalibləri təbrik edən səfir İ.Muxtarov tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, daxil və xarici siyasəti və son iqtisadi nailiyyətləri barədə məlumat verərək, iki ölkə arasında qarşılıqlı tanışlıq səfərlərinin Azərbaycan-Meksika münasibətlərinin inkişafında əhəmiyyətini vurğulayıb.

Apardıqları tədqiqatlar zamanı Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olduqlarını qeyd edən tələbələr ölkəmizə səfər imkanının yaradılmasına görə təşəkkür edərək, Azərbaycanın təbliği və ikitərəfli əlaqələrimizin gələcək inkişafına öz töhvələrini verməyə hazır olduqlarını bildiriblər.

Görüşdə, həmçinin ADA Universitetinin təhsil proqramları ilə maraqlanan tələbələrə Universitetdə mövcud təhsil imkanları barədə məlumat verilib və tələbələr Universitetin təhsil proqramlarında iştiraka dəvət edibiliblər.

Görüşün sonunda səfir İ.Muxtarov hazırda Azərbaycana səfəri nəzərdə tutulan tələbələrlə xatirə şəkli çəkdirib.

Trend.az