Azərbaycanın Lənkəran və İtaliyanın Çerveteri şəhərlərinin dostluq əlaqələrinin möhkəmləndirilməsinə dair sənəd imzalanmışdır

Posted by

Azərbaycanın Lənkəran və İtaliyanın Çerveteri şəhərlərinin dostluq əlaqələrinin möhkəmləndirilməsinə dair sənəd imzalanmışdır

Azərbaycanın Lənkəran və İtaliyanın Çerveteri şəhərlərinin dostluq əlaqələrinin möhkəmləndirilməsinə dair sənəd imzalanmışdır

Azərbaycanın Lənkəran və İtaliyanın Çerveteri şəhərlərinin dostluq əlaqələrinin möhkəmləndirilməsinə dair sənəd imzalanmışdır

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir.

Səfər çərçivəsində T.Qaraşov Çerveteri şəhərinin meri Alessio Paskuççi ilə görüşmüşdür. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun da iştirak etdiyi görüşdə şəhərlər arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

Azərbaycan və İtaliya xalqları arasında əlaqələrin dərin tarixi köklərə söykəndiyini vurğulayan A. Paskuççi coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşmələrinə baxmayaq Lənkəran ilə Çerveterinin əməkdaşlığı üçün yaxşı imkanların olduğunu bildirmişdir. Ötən il Lənkərana səfərini xatırladan mer bu şəhərdən böyük təəssüratla ayrıldığını qeyd etmişdir. O demişdir: “Bu gün iki şəhər arasında körpü qurmaq, mədəni və iqtisadi əlaqələri genişləndirmək, turizm sahəsində əməkdaşlığı dərinləşdirmək, birgə layihələr reallaşdırmaq və həm Lənkəranın, həm də Çerveterinin tərəqqisini sürətləndirmək üçün yaxşı imkan əldə etmişik”.

T.Qaraşov Lənkəran ilə Çerveteri şəhərləri arasında iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə davamlı və faydalı əlaqələrin yaradılmasının vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, bu cür tədbirlərin keçirilməsi xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərləri paylaşmasına geniş imkan yaradır.

Səfir V.Sadıqov Azərbaycan-İtaliya əlaqələrinin tarixindən danışmış, tərəflər arasında təkcə iqtisadi deyil, təhsil, mədəniyyət, humanitar və digər istiqamətlərdə də münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, artıq regionlarımız arasında da sıx münasibətlər qurulmaqdadır. Bu cür görüşlər birgə nailiyyətlər əldə etməyə mühüm töhfə verəcəkdir.

Sonra Lənkəran və İtaliyanın Çerveteri şəhərlərinin dostluq əlaqələrinin möhkəmləndirilməsinə dair sənəd imzalanmışdır. Sənəddə bu şəhərlər arasında bütün istiqamətlərdə, o cümlədən mədəniyyət, iqtisadiyyat, idman, kənd təsərrüfatı sahələrində əməkdaşlığın təşviq edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Mayın 2-də başa çatacaq səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çerveteridəki bir sıra sosial, kənd təsərrüfatı, sənaye və idman obyektləri ilə tanış olacaqdır.

 

AzərTac.az