Koreya mətbuatında Kəlbəcərin işğalı haqqında məqalə çap olunmuşdur

Posted by

Koreya Respublikasının “The Korea Post” jurnalının aprel buraxılışında “Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal etmişdir: 511 nəfər həlak olmuş, 321 nəfər əsir götürülmüş, 58 min nəfər isə didərgin salınmışdır” sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalədə Ermənistanın ərazi iddialarının nəticəsi olaraq Azərbaycan torpaqlarının 20 faizinin işğalından, Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan azərbaycanlıların öz yurdlarından didərgin salınmasından danışılmış, Kəlbəcərin işğalı və yerli əhaliyə qarşı törədilmiş amansızlıqlar, o cümlədən rayonun tarixi abidələrinə və təbii sərvətlərinə dəymiş zərər haqqında məlumat verilmişdir.

Yazıda, həmçinin BMT-nin Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalına dair qəbul edilmiş 822 saylı qətnamə barədə danışılmış, ermənilərin beynəlxalq hüquq normalarına zidd olaraq Kəlbəcər ərazisində qeyri-qanuni məskunlaşmasına toxunulmuşdur.

AzərTac.az