Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətlərinin başçıları Belçikada işgüzar görüşlər keçirmişlər

Posted by

Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətlərinin başçıları Belçikada işgüzar görüşlər keçirmişlər

Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətlərinin başçıları Belçikada işgüzar görüşlər keçirmişlər

Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətlərinin başçıları Belçikada işgüzar görüşlər keçirmişlər

Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Belçikaya səfər çərçivəsində iyunun 23-də Namur şəhər bələdiyyə idarəsinin ərazi abadlaşdırma, mənzil , mədəni irs və enerji üzrə baş direktoru Kristina Geron ilə görüşmüşlər.

Qonaqları salamlayan baş direktor onlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat vermişdir.

Görüşdə şəhərsalma üzrə mütəxəssislər- Kristian Bastən və xanım Fabien Tone ölkədə mədəni irs və enerji sahələri üzrə həyata keçirilən layihələrdən və Valoniya regionunun inkişaf perspektivlərindən bəhs etmişlər.

Namur vilayətinin qubernatoru Deni Matən ilə keçirilən görüşdə qubernator iki ölkə nümayəndələri arasında müxtəlif vaxtlarda reallaşdırılmış qarşılıqlı səfərləri xatırlatmış və belə görüşlərin ölkələr arasında əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, təmsil etdiyi regionun tarixi barədə qonaqlara məlumat vermişdir.

Görüşdə Şərq ilə Qərb sivilizasiyalarının qovuşuğunda yerləşən, Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycanın coğrafi mövqeyini diqqətə çatdıran Azərbaycan Respublikası Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Dəyanət Abdullayev ölkəmizin tarixi keçmişindən bəhs etmiş və 1918-ci ildə Şərq dünyasında ilk parlamentli respublikanın məhz Azərbaycanda qurulduğunu vurğulamışdır.

Güclü iqtisadi potensiala malik Azərbaycanın Cənubi Qafqaz bölgəsində aparıcı və lider dövlət olduğunu, beynəlxalq aləmdə imicinin yüksəldiyini diqqətə çatdıran D.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində mühüm beynəlxalq layihələrin həyata keçirildiyini, ölkəmizin zəngin yeraltı sərvətlərinin Bakı-Tblisi-Ceyhan, Bakı-Tblisi-Qars, Bakı-Tblisi-Ərzurum boru kəmərləri vasitəsilə Avropaya ixrac edildiyini, Avropanın enerji təhlükəsizliyini aradan qaldırmaq məqsədilə TANAP-TAP layihələri üzərində iş aparıldığını bildirmişdir.

Dəyanət Abdullayev paytaxt Bakıda mühüm beynəlxalq tədbirlərin-Beynəlxalq Humanitar və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının keçirilməsinin artıq ənənəyə çevrildiyini, Azərbaycanın mühüm beynəlxalq tədbirlərdə təmsil olunduğunu xüsusi vurğulamış, ölkəmizin BMT, ATƏT, Avropa Şurası və NATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvi olduğunu qeyd etmişdir.

Görüşdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Bayram Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan ərazilərinin Ermənistan tərəfindən zəbt edildiyini, bir milyondan artıq soydaşımızın dədə-baba torpaqlarından zorla çıxarıldığını, dünyanın aparıcı ölkələrinin və beynəlxalq təşkilatların bu münaqişəyə seyrçi münasibət göstərdiklərini, işğal altındakı Azərbaycan ərazilərinin heç bir şərt qoyulmadan dərhal azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının və Avropa Şurasının qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırmışdır.

Luven Katolik Universitetində keçirilən görüşdə isə bu, ali təhsil ocağının şəhərsalma üzrə müəllimi İv Anin 20 min tələbəsi olan ali məktəbin tarixi, şəhərsalma texnologiyası və yeni salınan elm parkı barədə qonaqlara məlumat vermişdir.

Sonda azərbaycanlı qonaqlar yeni salınan elm parkı ilə yaxından tanış olmuşlar.

İcra hakimiyyəti başçılarının Belçikada işgüzar görüşləri davam edir.

 

AzərTac.az