Azərbaycanda hərbi qulluqçular üçün yeni yaşayış binaları istifadəyə verilib

Posted by

Azərbaycanda hərbi qulluqçular üçün yeni yaşayış binaları istifadəyə verilib

Azərbaycanda hərbi qulluqçular üçün yeni yaşayış binaları istifadəyə verilib

Azərbaycanda hərbi qulluqçular üçün yeni yaşayış binaları istifadəyə verilib

Müdafiə Nazirliyinin yeni tikilmiş xidməti yaşayış binaları istifadəyə verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyunun 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən tikilmiş 2 doqquz mərtəbəli xidməti yaşayış binasının açılış mərasimində iştirak edib və bir qrup hərbi qulluqçuya mənzillərin açarlarını təqdim edib.

Bakının Səbail rayonu ərazisində inşa olunan xidməti yaşayış binalarında (1 bloklu 40 mənzilli və 2 bloklu 70 mənzilli) Müdafiə Nazirliyinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidməti mənzillərlə təmin olunub.

Yaşayış binalarına su, elektrik xətləri çəkilib, lift və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb. Müasir standartlara cavab verən təmirli mənzillər mətbəx avadanlığı və sanitar qovşaq ləvazimatları ilə təchiz olunub.

Binaların həyətində abadlıq və yaşıllaşdırma işləri görülüb, sakinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Ərazidə yarımstansiya quraşdırılıb, yaşayış binalarının həyəti asfalt döşəmə ilə örtülüb, ərazi hasara alınıb.

Mərasim iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını və göstərdikləri qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Hərbi qulluqçulara yeni mənzillərin açarlarını təqdim edən Müdafiə naziri mənzillərdə yaradılan şəraitlə tanış olub.

 

Trend.az