Azərbaycanlı millət vəkilləri Cənubi Afrika Respublikasında görüşlər keçiriblər

Posted by

Cənubi Afrika Respublikasında səfərdə olan Milli Məclisin üzvləri Tahir Rzayev, Fazil Mustafa və Azər Badamov Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxov tərəfindən qəbul edilib.

APA-nın məlumatına görə, qəbulda bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər.

E.Poluxov deputatlara Cənubi Afrika Respublikası ilə Azərbaycan arasında siyasi və iqtisadi münasibətlər barədə məlumat verib, parlamentlərarası əlaqələrin zəruriliyini vurğulayıb. Millət vəkilləri Azərbaycan icmasının fəaliyyəti və problemləri ilə bağlı müzakirələr aparıb.

Azərbaycanlı deputatlar Mustafa Alagözoğlu və başqa təhsil mütəxəssisləri ilə birlikdə özəl türk məktəblərini də ziyarət edib, Cənubi Afrika Respublikasının paytaxtı Pretoriyada “Star Okul”da Türk icması təmsilçiləri ilə görüşüblər. Onlara türk məktəblərinin təhsil fəaliyyəti ilə bağlı məlumat verilib. Daha sonra millət vəkilləri Türk diaspor quruluşlarının fəaliyyəti və Azərbaycan diasporu ilə çalışmaların əlaqələndirilməsi mövzusunda müzakirələr aparıblar.

Apa.az