Ali məktəblərdə təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunmasına dair müvəqqəti qaydalar təsdiq edilib

Posted by

Azərbaycanda “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ı təsdiq edilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, yeni qaydalar təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənib. Belə ki, nazir Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”nin müddəalarının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” ilə ziddiyyət təşkil etdiyini, o cümlədən akademik uğursuzluq və dərslərə davamiyyətə görə tələblərin xaric olunması tələbinin aradan qaldırıldığını nəzərə alaraq əmr imzalayıb. Əmrdə qeyd olunub ki, ölkədə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ı təsdiq edilsin və ali təhsil müəssisələrinin rəhbərləri işdə bu sənədi rəhbər tutsunlar. Nazirliyin Elm və ali təhsil şöbəsinə bu əmrdən irəli gələn tədbirlərin həyata keçirilməsinin təmin edilməsi tapşırılıb. Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi, və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə” ali təhsil müəssisələri münasibətdə qüvvədən düşmüş hesab edilib. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılıb.

Apa.az