Azərbaycanda yol hərəkəti qaydalarını pozduğunu etiraf etməyənlərin inzibati xətaları barədə protokollarının məhkəməyə göndərilməsi müddəti müəyyənləşib

Posted by

Azərbaycanda yol hərəkəti qaydalarını pozduğunu etiraf etməyənlərin inzibati xətaları barədə protokollarının məhkəməyə göndərilməsi müddəti müəyyənləşibAzərbaycanda yol hərəkəti qaydalarını pozduğunu etiraf etməyənlərin inzibati xətaları barədə protokollarının məhkəməyə göndərilməsi müddəti müəyyənləşib

Azərbaycanda yol hərəkəti qaydalarını pozduğunu etiraf etməyənlərin inzibati xətaları barədə protokollarının məhkəməyə göndərilməsi müddəti müəyyənləşib

Daxili İşlər Nazirliyi “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair Təlimat”da dəyişikliklər edib.

 

APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin aprelin 22-də qəbul etdiyi və aprelin 30-da qüvvəyə minən “Yol-patrul xidməti haqqında” Təlimatda dəyişikliyə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.

 

Belə hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə məlumat verilir.

 

“Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair Təlimat”da edilən dəyişikliyə əsasən növbəti prosedur olaraq bundan sonra protokollar və digər aidiyyəti sənədlər bir gün ərzində DYP hissələrində inzibati təcrübə üzrə baş inspektorlara (inspektorlara) və ya bu vəzifələrin icra olunması həvalə edilmiş digər vəzifəli şəxslərə təhvil verilməli, “İnzibati xətalar haqqında materialların uçotu jurnalı”nda qeydiyyata alınmalı, protokolun tərtib edildiyi vaxtdan 48 saatadək müddətində baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir.

 

Bu tələb mayın 6-dan qüvvəyə minib.

 

Apa.az