Azərbaycan bir sıra ölkələrlə müdafiə sənayesi üzrə əməkdaşlıqla bağlı yeni razılıqlar əldə edib

Posted by

Azərbaycan bir sıra ölkələrlə müdafiə sənayesi üzrə əməkdaşlıqla bağlı yeni razılıqlar əldə edibAzərbaycan bir sıra ölkələrlə müdafiə sənayesi üzrə əməkdaşlıqla bağlı yeni razılıqlar əldə edib

Azərbaycan bir sıra ölkələrlə müdafiə sənayesi üzrə əməkdaşlıqla bağlı yeni razılıqlar əldə edib

“İDEF-2015” sərgisində Azərbaycanın müdafiə sənayesi məhsulları böyük maraqla qarşılanıb.

 

Müdafiə Sənayesi Nazirliyindən (MSN) Trend-ə bildiriblər ki, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 5-dən 8-dək Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2015” XII beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilib. Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti qardaş ölkədə səfərdə olub.

 

İlk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatla “İDEF” sərgisinə qatılan MSN “İDEF-2015” sərgisində 184 adda məmulat nümayiş etdirib. Nümayiş etdirilən məmulatlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, artilleriya silahlarını, zirehli texnikaları, müxtəlif çaplı aviasiya bombalarını, pilotsuz uçuş aparatlarını, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatlarını, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatlarını, optik cihazları və s. göstərmək olar.

 

Bu sərgidə də nazirliyin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.

 

Sərgi çərçivəsində nazir Y.Camalovun Tükiyənin yüksəkvəzifəli şəxsləri, Pakistan, Tayland, Somali, Malayziya, Rumıniya və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri olub. Görüşlərdə müdafiə sənayesi üzrə yeni əməkdaşlıq əlaqələrinin yaradılması, mövcud əməkdaşlıqların inkişafına dair danışıqlar aparılıb və ümumi razılıqlar əldə edilib.

 

Sərgidə nazirliyin əməkdaşları tərəfindən tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” II Beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verilib və dəvətlər çatdırılıb.

 

“İDEF-2015” sərgisinə qatılan Azərbaycanın müdafiə naziri Zakir Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət ediblər, nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar.

 

Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən digər ölkələrin nümayəndə heyətlərinə iyun ayında Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı geniş məlumatlar da verilib.

 

Trend.az