Azərbaycanda yeni rəqəmsal televiziya brendi yaranacaq

Posted by

Azərbaycanda yeni rəqəmsal televiziya brendi yaranacaq

Azərbaycanda yeni rəqəmsal televiziya brendi yaranacaq

Azərbaycanda yeni rəqəmsal televiziya brendi yaranacaq

Azərbaycanda yeni yerüstü “NarTV” rəqəmsal televiziya brendi yaranacaq. Bu barədə şənbə günü Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə məlumat verib.

 

Onun sözlərinə görə, layihə mobil rabitə operatoru “Azerfon” MMC, eləcə də “B&BTV Communications” kabel operatoru tərəfindən həyata keçiriləcək. İlkin məlumata görə, yeni ticarət markası ölkədə ilin sonuna kimi yaranacaq.

 

“B&BTV Communications”, “Azerfon” MMC və “Teleradio” İB Azərbaycanda rəqəmsal televiziya kontentinin əsas tədarükçüsü roluna iddialıdırlar. Hazırda “Teleradio” İB artıq ölkənin rayonlarında (Qubada və Gəncədə) DVT-T rəqəmsal televiziya standartının kommersiya xidmətlərini göstərir. İB bütün respublikada rəqəmsal kontentin təkrar yayımı üçün ən şaxələnmiş texniki infrastruktura malikdir. Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində DVB-T rəqəmsal standartı “ATVPlus” adı altında yayılır.

 

Rəqəmsal kontentin yayımı MPEG-4 formatında həyata keçirilir. Rəqəmsal yayıma keçmək üçün abonent dekoder almalıdır. Daxili bazarda cihazın qiyməti 25-30 manat təşkil edir.

 

Trend.az