ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşlərinin nəticələrini açıqlamışlar

Posted by

ATƏT-in Minsk qrupu həmsədrlərinin aprelin 4-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Eduard Nalbandyan ilə keçirdikləri görüşün nəticələri açıqlanmışdır.

AzərTAc ATƏT-in Minsk qrupunun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, görüşdə həmsədrlər İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak etmişlər.

ATƏT-in Minsk qrupunun həmsədrləri görüşdə bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışacaqlarını qeyd etmişlər. Onlar, həmçinin yaxın gələcəkdə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsinin mümkünlüyünü müzakirə etmişlər. Həmsədrlər regionda gərginliyi azaltmaq üçün hər iki ölkə tərəfindən konkret addımların atılmasının və sülh danışıqlarında irəliləyişin əldə edilməsinin əhəmiyyətini diqqətə çatdırmışlar.

AzərTac.az