Azərbaycanda seçkiləri izləyəcək AŞPA müşahidə missiyasının səfər proqramı açıqlanıb

Posted by

Azərbaycanda seçkiləri izləyəcək AŞPA müşahidə missiyasının səfər proqramı açıqlanıb

Azərbaycanda seçkiləri izləyəcək AŞPA müşahidə missiyasının səfər proqramı açıqlanıbAzərbaycanda seçkiləri izləyəcək AŞPA müşahidə missiyasının səfər proqramı açıqlanıb

Sentyabrın 11-13-də Azərbaycanda seçkiləri müşahidə edəcək AŞPA missiyasının rəhbəri Robert Uolterin rəhbərlik etdiyi 7 deputatdan ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.

AŞPA mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi seçki qabağı situasiyanı və seçki kampaniyasının gedişini dəyərləndirməkdir.

Nümayəndə heyəti səfər zamanı prezident İlham Əliyev, prezidentliyə namizədlər, Milli Şuraya daxil olan müxalifət partiyalarının nümayəndələri ilə görüşəcəklər. Bundan başqa heyət Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri, MSK sədri, QHT və media nümayəndələri ilə görüşəcək. Nümayəndə heyəti səfərin nəticələrinə dair bəyanatla çıxış edəcəklər.