Bakıda Azərbaycan – Avropa Birliyi Əməkdaşlıq Komitəsinin iclası keçiriləcək

Posted by

Bakıda Azərbaycan - Avropa Birliyi Əməkdaşlıq Komitəsinin iclası keçiriləcək

Bakıda Azərbaycan – Avropa Birliyi Əməkdaşlıq Komitəsinin iclası keçiriləcəkBakıda Azərbaycan - Avropa Birliyi Əməkdaşlıq Komitəsinin iclası keçiriləcək

Azərbaycan – Avropa Birliyi Əməkdaşlıq Komitəsinin növbəti iclası oktyabrın 1-də Bakıda keçiriləcək.

Bu barədə APA-ya Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. O bildirib ki, komitə Azərbaycanla AB arasındakı qarşılıqlı münasibətlərin əsas mexanizmlərindən biridir.

İclasda tərəflər gündəlikdəki əhəmiyyətli məsələlər üzrə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycanla AB arasında əməkdaşlıq və tərəfdaşlıq üzrə saziş 1996-cı ilin aprelində imzalanıb və 1999-cu il iyulun 1-də qüvvəyə minib.