Azərbaycanda müəllim və tələbələrə yeni çağırış

Posted by

Azərbaycanda müəllim və tələbələrə yeni çağırışAzərbaycanda müəllim və tələbələrə yeni çağırış

Azərbaycanda müəllim və tələbələrə yeni çağırış

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov müəllim və tələbələri əhali arasında elmi-texniki biliklərin artırılması ilə bağlı layihələrdə fəal iştirak etməyə çağırıb.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, O.Səmədov bu cağırışla Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən Bilik Fondunun təqdimat mərasimində çıxış edib.

AzTU-nun rektoru, professor Havar Məmmədov Bilik Fondunun icraçı direktoru O.Səmədovla söhbətində Prezident İlham Əliyevin fərmanına əsasən, ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, ekoloji və humanitar biliklərini artırmaq, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, azərbaycançılıq məfkurəsinin mahiyyətini ictimaiyyətə çatdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək məqsədi ilə belə bir fondun yaradılmasını alqışladığını bildirib.

Rektor rəhbərlik etdiyi təhsil ocağının professor-müəllim heyəti və tələbələrinin Bilik Fondu ilə birdə səmərəli layihələr gerçəkləşdirə biləcəklərinə əmin olduğunu vurğulayıb.

O.Səmədov qurumun fəaliyyət istiqamətləri, maarifçilik tədbirləri ilə bağlı iştirakçılara geniş informasiya verib. Fondun gördüyü işlər, könüllülərin layihələrə cəlb olunması, tələbə və müəllimlərlə gələcək əməkdaşlığın mümkün formaları haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində, o cümlədən regionlarda əhalinin maarifləndirilməsində, gənclərin texniki və humanitar sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsində, dil bilgilərinin artırılmasında tələbələrin, gənc alim və mütəxəssislərin Fondla birgə fəaliyyətinin qurulması vacibdir.

Bilik Fondu əməkdaşlarının iştirakı ilə keçirilən təqdimat mətasimində Fondun yaranması, məqsəd və vəzifələri, həyata keçirdiyi layihələr haqqında film nümayiş olunub.

 

Trend.az