Azərbaycanda əmək qanunvericiliyinin pozulması hallarında 20,8 faiz azalma qeydə alınıb

Posted by

Azərbaycanda əmək qanunvericiliyinin pozulması hallarında 20,8 faiz azalma qeydə alınıbAzərbaycanda əmək qanunvericiliyinin pozulması hallarında 20,8 faiz azalma qeydə alınıb

Azərbaycanda əmək qanunvericiliyinin pozulması hallarında 20,8 faiz azalma qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən təsirli nəzarət tədbirləri nəticəsində əmək qanunvericiliyinin pozulması hallarında azalma müşahidə olunur.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin aprel ayında Xidmətin həyata keçirdiyi dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı müəssisələrdə 1631 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz azdır. Aparılan təhlillər nəticəsində belə halların əsasən özəl müəssisələrdə, tikinti, ticarət və ictimai iaşə, topdansatış sektorlarında baş verdiyi müəyyən olunub.

 

Əmək qanunvericiliyinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, müvafiq məbləğlərdə cərimələr tətbiq edilib. Həmin cərimələrin 65,9 faizi (261 min 66 manat) dövlət büdcəsinə ödənilib ki, bu da 2014-cü ilin aprel ayına olan müvafiq göstərici ilə müqayisədə 32,5 faiz çoxdur.

 

AzərTac.az