Azərbaycanda şagirdlərin müvəffəqiyyət dərəcəsi ilə bağlı SMS-bildiriş xidməti işə düşəcək

Posted by

Azərbaycanda şagirdlərin müvəffəqiyyət dərəcəsi ilə bağlı SMS-bildiriş xidməti işə düşəcəkAzərbaycanda şagirdlərin müvəffəqiyyət dərəcəsi ilə bağlı SMS-bildiriş xidməti işə düşəcək

Azərbaycanda şagirdlərin müvəffəqiyyət dərəcəsi ilə bağlı SMS-bildiriş xidməti işə düşəcək

Azərbaycanda yeni tədris ilindən “Elektron gündəlik” layihəsi çərçivəsində məktəb şagirdlərinin müvəffəqiyyət dərəcəsi ilə bağlı SMS-bildiriş xidmətinin işə düşməsi gözlənilir. Bu barədə Trend-ə Azərbaycan telekommunikasiya bazarındakı mənbə məlumat verib.

 

Mənbənin sözlərinə görə, “Elektron məktəb” (“e-School”) layihəsinin tətbiq edildiyi 50 iştirakçı məktəbdə təklif olunan xidmətlər əməliyyat sistemində baş verən yeniliklərlə əlaqədar olaraq müvəqqəti dayandırılıb: “SMS-bildiriş xidmətinin yeni tədris ilindən təqdim ediləcəyi gözlənilir. İstisna edilmir ki, bu yenilik ilkin mərhələdə məhdud sayda məktəblərdə tətbiq ediləcək”.

 

Xidmətə qoşulmaq üçün şagirdin adı, məktəbin nömrəsi, sinif və ev telefonunu qeyd etməklə 9988-ə qısa mesaj göndərmək lazım gələcək. Xidmət ödənişli olacaq.

 

Trend.az