Azərbaycanda 10 mina aşkar edilərək zərərsizləşdirilib

Posted by

Azərbaycanda 10 mina aşkar edilərək zərərsizləşdirilib

Azərbaycanda 10 mina aşkar edilərək zərərsizləşdirilibAzərbaycanda 10 mina aşkar edilərək zərərsizləşdirilib

Ötən ay ərzində Azərbaycanda 928 PHS və 10 partlamamış mina aşkar edilərək zərərsizləşdirilib. Onlardan 9 ədədi tank, 1-i isə piyadalar əleyhinə mina olub.
Bu barədə Trend-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Avqust ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb və müvafiq olaraq minadan zərərçəkən də olmayıb.
Ümumiyyətlə, 2013-ci ilin avqust ayı ərzində 2,143,529 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək ANAMA tərəfindən cəmi 234,074,309 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 686,569-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Qəbələ, Gəncə və Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.