Azərbaycan Tibb Universiteti ilə İranın Səhiyyə Nazirliyi arasında əlaqələr möhkəmləndirilir

Posted by

Azərbaycan Tibb Universitetində 1000-dən çox xarici tələbə təhsil alır. Onların arasında türkiyəli və iranlı tələbələr üstünlük təşkil edir. Biz daim əcnəbi tələbələrin şəraiti ilə maraqlanırıq, problemlərini həll etməyə çalışırıq.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bu sözləri rektor, akademik Əhliman Əmiraslanov İran İslam Respublikasının nümayəndə heyəti ilə görüşündə deyib.

Universitetdə təhsilin səviyyəsi və tədrisin strukturu haqqında da qonaqlara ətraflı məlumat verib.

İranlı tələbələrdən razı qaldığını bildirən rektor deyib: “Son vaxtlar Elmi Şuranın iclaslarında onlar haqqında daha çox müsbət fikirlər eşidirəm”.

İran nümayəndə heyətinin rəhbəri, bu ölkənin Azərbaycandakı səfiri Möhsün Pakayin iranlı tələbələrə yaradılan şəraitə görə ATU-nun rəhbərliyinə təşəkkürünü bildirib.

İran Xarici İşlər Nazirliyinin təmsilçisi Seyid Kazım Səccadi isə xarici ölkələrdə, o cümlədən Azərbaycanda təhsil alan iranlı tələbələrin problemlərindən danışıb.

Sonda Azərbaycan Tibb Universiteti ilə İranın Səhiyyə Nazirliyi arasında əlaqələrin möhkəmləndirilməsi, təhsil sahəsində bəzi məsələlərin nizamlanması məqsədilə əməkdaşlıq sazişinin imzalanması haqqında razılıq əldə olunub.

AzərTac.az